Darko Milaniç: "Qəbələ” qapısında "divar" qurmuşdu"

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”yə uduzaraq mübarizəni dayandıran Sloveniyanın “Maribor” klubunun baş məşqçisi Darko Milaniç dünən Azərbaycan klubu üzərində 1:0 hesablı qələbədən danışıb.

Newsport.az-ın məlumatına görə, qalib gəldikləri halda növbəti mərhələyə adlaya bilməyən sloveniyalıların çalışdırıcısı komandasından razı qaldığını bildirib:

“Fikrimcə, maraqlı oyun oldu. “Qəbələ”yə qarşı hücum futbolu nümayiş etdirdik. Sadəcə rəqib “divar” qurmuşdu. Daha çox hücum etmək qol vurmaq istəyirdik. Lakin onlar imkan vermirdi. Daha nə etmək olar? Bundan sonra çox işləməliyik. Hər oyun bu səviyyədə çıxış etməliyik. Öz oyunçularımı təbrik edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right