"Höteborq"un futbolçusu: "Qrupda "Qarabağ"a azarkeşlik edəcəm"

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran İsveçin “Höteborq” klubunun müdafiəçisi Tomas Ronyenin Newsport.az-a müsahibəsi:

- Oyunla bağlı fikirləriniz necədir?

- Oyun bizim üçün yaxşı keçmədi. Erkən qollar bizi sarsıtmışdı. Ötən həftə daha yaxşı oynamışdıq. Oyunumuz alınmadı. Çox təəssüf.

- Stadionun ot örtüyü mane oldu?

- Belə ot örtüyündə oynamamışdıq. Çox bərbad idi. Amma hər iki komanda eyni şəraitdə mübarizə aparırdı.

- Bu hesabı gözləyirdin?

- Nə deyim. Sözün düzü, belə olacağını təsəvvür etmirdim. Amma ilk qoldan sonra rəqib hücumlarının kəsərini daha da artırdı. Bu məğlubiyyətlər bizə dərs olmalıdır. İldən-ilə təcrübəmizi artırırq.

- Qrup mərhələsində “Qarabağ”a azarkeşlik edəcəksən?

- “Qarabağ”a uğurlar arzulayıram. Rəqibimizin matçlarına baxacam və onlara azarkeşlik edəcəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right