"Arıcıl iki il eyni ssenari üzərində çalışdıq. Yenə 4 mərhələ adlayıb, qrupa düşdük.
Newsport.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Maribor”la görüşdən sonra deyib.
"Mənim "Qəbələ"yə böyük sevgim var. Bu iki ilin karyeramda böyük rolu var. Buna görə özümü çox xoşbəxt hiss edirəm. 65-ci dəqiqədən sonra daha diqqətli olub, fikrimizi oyuna yönəltdik. Çünki artıq hesabda geridəydik. Bundan başqa qoldan sonra azlıqda qaldıq. Bütün hisslərimi boğmağa çalışdım. Komandanın yeni transferə ehtiyacı var. "Yoxdu" desək, gülməli çıxar. Bir hücumçu və yarımmüdafiəçi istəyirəm. Çünki bizi qarşıda ciddi sınaq gözləyir".