"3:0 hesabı hər şeyi deyir”.- Dani Kintana

"Çox xoşbəxtik. Çətin oyun oldu. Öz çıxışımızla göstərdik ki, rəqibdən zəif deyilik. 3:0 hesabı hər şeyi deyir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın futbolçusu Dani Quintana deyib.
 
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında öz meydanında "Höteborq”la qarşılaşan ağdamlılar 3:0 hesablı qələbəyə seviniblər.
 
Görüş başa çatdıqdan sonra qollardan birinin müəllifi olan ispan yarımmüdafiəçi qısa açıqlama verib.
 
Dani vurduğu qolu qeyd edərkən sevinc zamanı komanda yoldaşı Ansi Aqollini itələməsi ilə bağlı sualı belə cavablandırıb: "Aqolli ilə olan epizodda heç bir problem yox idi. Onu komanda yoldaşı kimi çox istəyirəm. Sadəcə sevinən məqamda qeyri-ixtiyari hərəkət idi”.
 
Təcrübəli yarımmüdafiəçi qrup mərhələsində qarşılaşacaqları mümkün rəqiblər haqqında da fikir bildirib: "Biz istəyirik ki, mümkün qədər güclü komandalarla qarşılaşaq. Avropada çıxış etməyin əsas üstünlüyü də budur. Keçən mövsüm "Tottenhem”lə oyunlar bizim üçün yaxşı təcrübə oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right