"Futbolçuların, Qurban müəllimin əməyinə sağlıq" - Əmrah Çəlikəl

"Qarabağ”ın  icraçı direktoru Əmrah Çəlikəl "Höteborq”la oyundan sonra jurnalsitlərin suallarını cavablandırıb.
 
- Oyunla bağlı fikirlərinizi bildirərdiz...
- Geniş nəsə danışmağa ehtiyac yoxdu. Hamımız çox sevincliyik. İnşallah "Qəbələ” də bu gün mərhələni keçər və iki komandamız da Avroliqada çıxış edər. Hamınızı təbrik edirəm. İnanırdıq. Doğrudur, gərginlik də var idi, ancaq bu, inamızın önünə keçməmişdi. Futbolçuların, Qurban müəllimin əməyinə sağlıq, sizlər də çox sağ olun.
 
- "Qarabağ” nə vaxt Avroliqadakı ev matçını normal meydançada keçirəcək? Artıq üçüncü ildi ki, pley-off oyunları zamanı stadionun qazonu bərbad vəziyyətdə olur...
- Haqlısınız, sizinlə razıyam, ancaq hava şəraitindən hamımız xəbərdarıq. İndi də hər kəs su içindədi. Bu il temperatur və rütubət gözləniləndən daha çox oldu. Hardasa, 38-40 dərəcə orta istilik var idi. Bütün meydanlarda təəssüf ki bu problem var. Biz də istərdik ki, daha yaxşı olsun, daha rahat oynayıb, çox qol vuraq.
 
- Qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsi ehtimalı varmı?
- Hələ bu barədə danışmaq  çox tezdi. Tələsməyək. Biz istəyirik ki, ən yaxşı variantı həyata keçirək. İnşallah komandamız üçün ən yaxşı şəraiti yaradacağıq.
 
- Tahir bəyi oyunda görmədik...
- Tahir bəy işgüzar səfərdədi. Oyunboyu əlaqə saxladıq. Matçı TV-dən izləyirdi. Salamlarını və təbriklərini yolladı.
 
- Qrup mərhələsində "Mançester Yunayted” kimi komanda ilə üz-üzə gələ bilərik? Bunu arzu edərsiniz?
- Mənim seçməyimlə deyil. Mənim tək istəyim qrup mərhələsindən də çıxıb mübarizəni davam etdirməkdi.
 
- Yeni transfer olacaqmı?
- O məsələ Qurban müəllimin səlahiyyətindədi. Əgər oyunçu istəsə, rəhbərlik olaraq dəstəyimizi verəcəyik.
 
- Bu qələbəni kimə həsr edirsiniz?
- Təbii ki, Azərbaycana xalqına.

 Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right