"Maribor" fanatlarından "Qəbələ"yə qarşı təxribat

Bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Maribor” – “Qəbələ” matçından əvvəl xoşagəlməz hadisə baş verib.

Newsport.az-ın məlumatına görə, gecə saatlarında təçmsilçimizin yerləşdiyi otelin qarşısında petardalar partladılıb. Yüksək səsə “Qəbələ”nin futbolçuları, məşqçi korpusu və rəsmi nümayəndələr oyanıblar. Otel işçiləri məsələdən xəbərsiz olduğunu bildiriblər. 

Hadisə ilə bağlı “Qəbələ” nümayəndələri UEFA-ya və polisə məlumat veriblər. (CBC Sport)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right