"Göteborq"un rəsmisi: "Qarabağ"la ilk oyunda bəxtimiz gətirdi"

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ” ilk oyunda 0:1 hesabı ilə uduzduğu "Göteborq" klubunu qəbul edəcək.

Newsport.az İsveç klubunun idman direktoru Mats Qrenin müsahibəsini təqdim edir:

- Bakıya səfəriniz necə keçdi?

- Elə də ciddi problem olmadı. Sadəcə, İsveçin hava limanında sıxlıq yaranmışdı. Bu səbəbdən də yubanma oldu.

- Qarşılaşmanın keçiriləcəyi arena sizə necə təsir bağışlayır?

- İlk təəssüratlarımız çox yaxşıdı. İlk dəfədi ki, Bakıda oluruq. Stadion gözəl görünür. Ancaq sabah nə qədər azarkeş olacağını bilmirəm.

- İlk oyunda bəxt sayəsində qələbə qazandığınızı qəbul edirsinizmi?

- Bəli. Bəxtimiz gətirdi. 70 faiz topa sahib olma "Qarabağ”da idi. Sadəcə, cərimə zərbəsindən vurulan möhtəşəm qolla qələbə qazandıq. Amma revanşın daha çətin olacağını düşünürəm.

- Şansları necə dəyərləndirirsiniz?

- "Qarabağ” çox yaxşı komandadı. Fikrimcə, şanslar bərabərdi. Ancaq ilk oyunda qazandığımız 1:0 hesablı qələbəni üstünlük hesab etmək olar.

- Avrokuboklar start götürəndə, qrup mərhələsinə qədər irəliləməyi qarşısınıza məqsəd qoymuşdunuz?

- Son iki mövsümdə mübarizəni 3-cü təsnifat mərhələsinə dayandırmışdıq. Niyə də olmasın? Təbii ki, hər komandanın bir məqsədi var. 

- İsveç və Azərbaycan futbolu arasında böyük fərq var. Hər halda Zlatan İbrahimoviç kimi ulduz futbolçu "Mançester Yunayted”də sizin ölkəni təmsil edir. Futboluna görə İsveçdən zəif olan ölkəni təmsil edən "Qarabağ” bu mənada sizi təəccübləndirdimi?

- Milli komanda və klublar arasında böyük fərqlər olur. Düzü, "Qarabağ”da neçə nəfərin Azərbaycan pasportu ilə oynadığını bilmirəm. Bundan başqa onu da nəzərə almaq lazımdı ki, klublarda legionerlər də oynayır. Heç onu da bilmirəm ki, sizin daxili çempionatda neçə legionerin oynamasına icazə verilir. Fikrimcə, buna görə də müqayisə aparmaq düzgün deyil. Amma onu bildirməliyəm ki, "Qarabağ” həqiqətən də əla komandadı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right