"Maribor"un rəsmisi: "Stadionu "Qəbələ" üçün cəhənnəmə çevirməliyik"

“Təslim olmaq fikrimiz yoxdu! Cəsarətli olmalıyıq. Biizm qrup mərhələsinə vəsiqə qazanmaq üçün şanslarımız var. Komanda əklində mübarizə aparıb, bu missiyanın öhdəsindən gəlməliyik”

Newsport.az-ın məlumatına görə, bu sözləri “Maribor” klubunun idman direktoru Zlatko Zahoviç söyləyib. Sloveniya futbolunun canlı əfsanəsi komandada yüksək əhval-ruhiyyənin hökm sürdüyünü bildirib:

“Komandada yüksək atmosfer var. Hər kəsdə müsbət enerji var və hamı oyuna hazırdı. Bizim üçün xüsusi oyundur. Avropa səhnəsində son oyunumuzun olmasını istəmirik, qrup mərhələsinə vəsiqə qazanamaq üçün oynayacağıq”.

Zahoviç azarkeşlərin dəstəyinə ehtiyac olduğunu bildiirb:

 

“Ümidimizi itirməmişik, inanırıq. Rəqibi artıq daha yaxşı tanıyırıq. Azarkeşlərin möhtəşəm dəstəyinə ehtiyacımız var. Onlar bizim üçün əlavə güc və motivasiyadır. Stadionu rəqib üçün cəhənnəmə çevirməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right