"Qəbələ" ardıcıl 2-cü dəfə Avropa Liqasının qrup mərhələsində! YENİLƏNİB

Bu gün "Qəbələ" klubu Avropa Liqasının "pley-off" mərhələsində cavab oyununu keçirəcək. 

Newsport.az-ın məlumatına görə, "qırmızı-qara"ların rəqibi Sloveniyanın "Maribor" komandasıdır.

 
"Qəbələ" isə "Maribor"la oyuna üstün tərəf kimi çıxacaq. Bakıda baş tutmuş ilk görüşdə 3:1 hesablı qələbə qazanan Roman Qriqorçukun rəhbərlik etdiyi komanda heç-heçə və bir top fərqi ilə məğlub olsa belə adını ardıcıl ikinci mövsüm Avropa Liqasının qrupuna yazdıracaq.
 
25 avqust
Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu
 
22:15. "Maribor" (Sloveniya) – "Qəbələ" (Azərbaycan) - 1:0 
Qol: 
Tavares, 66 (1:0) 
Birbaşa qırmızı vərəqə: Teo Uiks, 69 ("Qəbələ")
İlk oyun -1:3
Baş hakim:
 Viktor Kaşşai 
Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot 
Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
Maribor. "Lyusdki Vrt" 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right