"Qarabağ" - "Höteborq" matçına nə qədər bilet satılıb?

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Höteborq” (İsveç) təkrar oyunu üçün bu gün biletlər satışa çıxarılıb.

Newsport.az-ın xəbərinə görə, biletlər oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.Azarkeşlər tərəfindən oyuna maraq böyükdü. Belə ki, bu gün axşam saatlarınadək qarşılaşma üçün biletlərin yarısı satılıb. Azarkeşlər  15 mindən artıq bilet aıb. Bilet satışı sabah da davam edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Höteborq” oyunu avqustun 25-də, saat 21.30-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right