"Qöteborq" stadiona piyada gəlməyə məcbur oldu

Avropa Liqasında ölkəmizi təmsil edən "Qarabağ” sabah pley-off mərhələsinin cavab matçında "Qöteborq”u qəbul edəcək. 

Newsport.az-ın məlumatına görə, İsveç təmsilçisi axşam saatlarında Bakıya gəlib.

Əldə etdiyimiz məlumata görə, hava limanında yubanan qonaqlar matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna gələrkən də problemlə üzləşib. Belə ki, onların səfərini təşkil edən turizm agentliyi "Qöteborq”un futbolçularını stadionun giriş qapısında düşürüb. Çıxılmaz vəziyyətdə qalan isveçlilər arenaya qədər piyada gəlməli olublar. 
 
Qeyd edək ki, "Qarabağ” – "Qöteborq” matçı sabah 20:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right