"Qöteborq"un planları dəyişdi

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi - İsveçin "Qöteborq" klubu Azərbaycana səfər zamanı problemlə üzləşib.

Newsport.az-ın məlumatına görə, sözügedən komanda nəzərdə tutulan vaxtda Bakıya gələ bilməyib.

Bunun dəqiq səbəbi məlum olmasa da, onu öyrənə bildik ki, saat 17:00-da ölkəmizə gəlməli olan İsveç təmsilçisi məskunlaşacağı ötelə hələ bu dəqiqələrdə yerləşməyə başlayıb. 

Bu, komandanın planlarına da təsirsiz ötüşməyib. Belə ki, "Qöteborq"un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaqdı. İsveç təmsilçisinin baş məşqçisi isə son məşqdən sonra saat 21:00-da Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaqdı. Lakin bu gecikmə sayəsində sözügedən tədbirlər 1 saat gec start götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right