"Maribor"un baş məşqçisi: "Cütün taleyini xeyrimizə həll edəcəyik"

"Sabahkı oyuna çox yaxşı hazırlaşmışıq. Matçın başlama saatını gözləyirik. Meydana çıxıb, cütün taleyini xeyrimizə həll edəcəyik".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Avropa Liqasının "pley-off" mərhələsinin "Qəbələ" ilə cavab matçından öncə keçirilən mətbuat konfransında "Maribor"un baş məşqçisi Darko Milaniç səsləndirib.

Təcrübəli mütəxəssis iddialı danışıb. O, uğur qazanacaqlarına inandığını söyləyib:

"Aqressiv oyuna üstünlük verəcəyik. Qrupa düşmək üçün bizdən asılı olan hər şeyi edəcəyik. Biz öz oyun üslubu olan azsaylı komandalardan biriyik. Amma Bakıdakı görüşdə buraxdığımız səhvlər məğlub olmağımıza gətirib çıxardı. Bundan nəticə çıxarmaq üçün bir həftə vaxtımız olub. Son görüşlərdə uğursuz çıxış edirik. Lakin uğursuzluqlar ab-havaya təsir etməyib. Uğur qazanacağımıza inanıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right