"Qarabağ"la ilk oyunda qazandığımız üstünlüyü qorumağımız vacibdir" - "Qöteborq"un prezidenti

İsveçin "Qöteborq" klubunun prezidenti Frank Andersson Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan (ilk oyun 1:0) öncə fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, klub saytına açıqlamasında bunları söyləyib:

"Avrokuboklarda mübarizəni davam etdirmək bizim üçün ilk növbədə idman planında çox vacibdir. Amma eyni zamanda bunun maliyyə tərəfinin də əhəmiyyətini nəzərə almaq lazımdır. Buna görə də bizim üçün ilk oyunda qazandığımız üstünlüyü qorumağa borcluyuq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right