“Qarabağ”la hesablaşmalı olacağıq” – “Höteborq”un kapitanı

"Doğma meydançamızda "Qarabağ”a qalib gəlməyi bacardıq. Əlbəttə,nəticəni bizim üçün yaxşı adlandırmaq olar. Ancaq həmin görüşü, həmin qələbəni yaddan çıxarmalıyıq. Qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, sona qədər mübarizə aparmalıyıq. Bizim üçün vaci oyun olacağını çox yaxşı başa düşürük”. 

Newsport.az-ın məlumatına görə, bu sözlər İsveçin "Höteborq” klubunun kapitanı Mattias Brayismirə məxsusdur. 
 
"Höteborq” Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ”ın qonağı olacaq. Təcrübəli futbolçu Bakı səfərindən öncə sveç mətbuatına verdiyi açıqlamada mərhələ keçmək şansları haqqında danışıb: "Bizi Bakıda çox çətin oyun gözləyir. "Qarabağ”la hesablaşmalı olacağıq. Düşünürəm ki, "Qarabağ” böyük qüvvə ilə irəli atılacaq. "Qarabağ”ın heyətində oyunun taleyini həll etməyi bacaran, fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Biz Bakıda müdafiədə oturmaq fikrində deyilik. Düzdü, müdafiə olunacağıq. Amma sürətli əks hücumlar etməyə çalışacağıq. Niyyətimiz Bakıdan sərfəli nəticə ilə qayıtmaqdı”. 
 
Təcrübəli oyunçu qrup mərhələsinə düşməyin özü üçün əhəmiyyətli olduğunu vurğulayıb: Qrupa düşsək, 2007-ci ildə ölkə çümpionluğumuzdan sonra ikinci böyük nəticəmi qazanacam.  Həmin çempionluqdan çox vaxt keçib. Karyeramda yeni səhifə açmaq istəyirəm. Bu anı gözləyirəm”.
 
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Göteborq” oyunu saat 20:30-da başlayacaq. Komandalar arasında baş tutan ilk qarşılaşmada "Höteborq” 1-0 hesablı qələbə qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right