“Maribor”un futbolçusu: “Stadionumuz sabah alınmaz qalaya çevriləcək”

"Cavab oyununa hazırlaşmaq üçün vaxtımız çox olmadı. Uğursuzluqlarla üzləşməyimiz bizim üçün xoşagələn hal deyil. Ancaq inanıram ki, uğursuz seriyaya son qoyacağıq”.

Newsport.az-ın məlumatına görə, bu sözlər Sloveniyanın "Maribor” klubunun futbolçusu Aleş Merteljə məxsusdur. 
 
"Maribor” Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ”ni qəbul edəcək. 
 
Mertelj klubun rəsmi saytına verdiyi açıqlamada təçsilçimizə qarşı oyunda uğursuz seriyaya son qoyacaqlıarına inandığını bildirib: "Dərk edirik ki, son oyunlarda nəyisə düz etmirik. Artıq etdiyimiz səhvlərdən dərs çıxarmışıq.  Biz öz gücümüzə bələdik. Bir neçə dəfə çətin vəziyyətlərdən çıxmaq gücündə olduğumuzu sübut etmişik”. 
 
29 yaşlı futbolçu "Maribor” azarkeşlərinin "Qəbələ” ilə komandaya dəstək verəcəklərinə inandığını deyib: "Qələbə qazandığımız hər bir oyun bizim üçün bir tarixdi. Nikbin olmalıyıq.  Azarkeşlərimizin güclü dəstəyi sayəsində qələbə qazana və mərhələni keçə bilərik. Azarkeşlərimiz sabah stadionu alınmaz qalaya çevirəcəklər. Hamımız qələbəyə köklənmişik”.

Qeyd edk ki, sabah keçiriləcək "Maribor” – "Qəbələ” oyunu Bakı vaxtı ilə 22:15-də başlayacaq. Komandalar arasında keçirlən ilk oyun "Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right