"Qəbələ" getdi FOTOLAR

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” avqustun 25-də pley-off mərhələsinin cavab oyunları çərçivəsində Sloveniyanın "Maribor” komandasının qonağı olacaq. 
 

Newsport.az-ın məlumatına görə, "qırmızı qaralar” səfərə bir gün öncədən yollanıb. Əyalət təmsilçisi Sloveniyaya çarter reysi ilə uçub. Uçus isə səhər saatlarında baş tutub. 
 
Roman Qriqorçukun komandası Maribor şəhərində yerləşən "Habakuk” otelində məskunlaşacaq. Qarşılaşma başa çatdıqdan sonra təmsilçimiz vətənə qayıdacaq. 
 
Qeyd edək ki, tərəflər arasında ilk qarşılaşma 3-1 hesabıyla "Qəbələ”nin xeyrinə başa çatıb.

 















Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right