“Qarabağ”ın rəqibi Bakıya nə vaxt gəlir?

Avropa Liqasının pley-pff mərhələsində “Qarabağ”la qarşılaşacaq İsveçin “Höteborq” klubu Bakıya səfər proqramını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun rəqibi Azərbaycana matçdan bir gün öncə, avqustun 24-də gələcək. Həmin gün Bakı vaxtı ilə saat 20:00-da komanda oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

Avqustun 25-də, saat 20.30-da isə “Qarabağ”la “Höteborq” arasında Avroliqanın pley-off mərhələsinin cavab oyunu başlayacaq.

Qeyd edək ki, bu komandaların ilə görüşündə Ağdam təmsilçisi 0:1 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right