Qurban Qurbanovun mətbuat konfransının vaxtı bəlli oldu

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Qarabağ” – "Höteborq” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.  
 

Newsport.az-ın məlumatına görə, avqustun 24-də "Azərsun Arena”nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:00-da media mənsublarının önünə çıxacaq. Ağdam klubunun son məşqi isə 18:30  Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
"Höteborq”un baş məşqçisi isə avqustun 24-ü saat  19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İsveç təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right