“Qarabağ”dan “qara bazar” xəbərdarlığı

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveç "Qöteborq"u arasında keçiriləcək cavab matçının bilet satışı davam edir.
Newsport.az-ın məlumatına görə, "Qarabağ" rəsmi "Facebook" səhifəsində bilet satışı ilə bağlı bəyanat yayıb. Həmin bəyanatı təqdim edirik:
"Azarkeşlərimizdən xahiş olunur ki, Respublika stadionunun kassalarından bilet alarkən kassaların ətrafında gəzən insanların sizlərə əlavə bilet almağınızı bildirərsə, buna əməl etməyin. Məsələn, sizə yaxınlaşaraq sizdən onlar üçün əlavə 2 və ya 3 bilet almağınızı deyəcəkər, həmin şəxslər "qara bazar"ın nümayəndələridir, onların istəyini qəbul etməyin. Əks təqdirdə biletlər "qara bazar"a ötürülür, bu da sonda digər azarkeşlərimizin biletsiz qalmasına səbəb olur".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right