“Qarabağ”ın oyununda ajiotaj gözlənilir: 10 min bilet satılıb

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Göteborq” (İsveç) təkrar oyunu üçün bu gün biletlər satışa çıxarılıb.

Newsport.az-ın xəbərinə görə, biletlər oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza bildirib ki, bu gün oyuna 10 000 bilet satılıb.

“Həm çoxsaylı zənglərdən, həm də sosial şəbəkələrdəki müzakirələrdən belə görünür ki, oyuna böyük maraq var və təkrar matçda da stadionda ajiotaj olacaq. Azarkeşlərimiz komandamıza inanırlar. Biletin qiymətində də dəyişilik yoxdur. Tribunaların 3/4 hissəsində bir biletin qiyməti 1-2 manat təşkil edir”.

N.İbrahimov biletlərin “qara bazar”a çıxarılmasının qarşını almaq üçün də ciddi iş gördüklərini söyləyib.

Klub rəsmisi komandalarının mərhələ keçib qrupa düşmələrinin həm də azarkeşlərdən asılı oldiğunu söyləyib: “Biz əminik ki, bundan əvvəli oyunlarda olduğu kimi, azarkeşlərimiz bu dəfə də sevimli komandalarını yalnız buraxmayacaq və stadiona gələrək “Qarabağ”a dəstək olacaqlar”.

Qeyd edək ki, “Qarabağ” – “Göteborq” oyunu avqustun 25-də, saat 21.30-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right