“Qəbələ” Sloveniyaya nə vaxt gedir?

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” avqustun 25-də pley-off mərhələsinin cavab oyunları çərçivəsində Sloveniyanın "Maribor” komandasının qonağı olacaq. 
 

Newsport.az-a  "qırmızı qaralar”ın meneceri Səbuhi Səfyarlının verdiyi məlumata görə, qəbələlilər səfərə bir gün öncədən yollanacaqlar. Əyalət təmsilçisi səfərə çarter reysi ilə yollanacaq. Uçus isə səhər saatlarına planlaşdırılıb. 
 
Roman Qriqorçukun komandası Maribor şəhərində  yerləşən "Habakuk” otelində məskunlaşacaq. Qarşılaşma başa çatdıqdan sonra təmsilçimiz vətənə qayıdacaq. 
 
Qeyd edək ki, tərəflər arasında ilk qarşılaşma 3-1 hesabıyla "Qəbələ”nin xeyrinə başa çatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right