"Onların məşqçisi düşünsün” - Sergey Zenyov

Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda evdə "Maribor"u 3:1 hesabıyla məğlub edən "Qəbələ"nin hücumçusu Sergey Zenyov oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, oyunda komandasının qələbəsinə bir qolla töhfə verən estoniyalı hücumçu 3:1 hesablı qələbənin cavab oyunu öncəsi yaxşı olduğunu deyib:

"3:1 hesabı ilə qalib gəldik, cavab matçı üçün yaxşı nəticədi. Arxayınlaşmaq olmaz. Qol vurduğum üçün sevinirəm, lakin önəmli olan sərfəli nəticə qazanmağımızdı. “Maribor” bizi məğlub etmək üçün nə etməlidi? Bunu onların baş məşqçisi düşünsün”.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right