"Qarabağ"ı məyus edən futbolçu:“Topa çox inamla yaxınlaşmışdım”

 "Dəqiq deyə bilmərəm ki, bu qələbə bizi qrupa aparacaq. Çünki rəqibimiz çox güclü komandadır”.

Newsport.az-ın məlumatına görə, bu sözlər İsveçin "Goteborq” komandasının futbolçusu Mads Albaekə məxsusdur. 
 
"Göteborq”  Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ”ı qəbul edib. "Qamla Ullevi”də baş tutan qarşılaşma yerli komandanın 1-0 hesablı qələbəsiylə başa çatıb. 
 
Albaek oyundan sonra "fotbollskanalen.se” saytının əməkdaşı Linus Peterssonun suallarını cavablandırıb.  
 
Danimarkalı futbolçu cavab oyunu haqqında ehtiyatlı danışıb: "Bizi qarşıda 90, bəlkə də 120 dəqiqəlik mübarizə gözləyir. Bakıdakı stadionda çox böyük atmosfer olduğunu eşitmişəm. Çox çətin olacaq. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”. 
 
26 yaşlı futbolçu "Göteborq”a qələbə qazandıran qolun müəllifidir. Mərkəz müdafiəçisi bildirib ki, vurduğu qol çox baxımlı alınıb: "Vurduğum qol çox baxımlı alındı. Əslində, belə gözəl qol vuracağımı gözləmirdim. Amma topa çox inamla yaxınlaşmışdım. Stadionumuzda çox fantastik dəstək var idi. Sanki 500-600 min azarkeş qarşısında çıxış edirdik”. 
 
Albaek qələbəni böyük sevinclə qeyd etdiklərini deyib: "Bu, bizim üçün çox vacib qələbə idi. Oyundan sonra qələbəni böyük coşqu ilə qeyd etdik. Bu, bizim haqqımız idi”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right