Filip Ozobiç: "Roman Qriqorçuka dedim ki, məni əvəzləsin, yorulmuşdum"

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç "Maribor"la Avroliqa qarşılaşmasından (3:1) sonra Newsport.az-ın suallarını cavablandırıb:

- Matçla bağlı nə deyə bilərsiz?

- Çətin oyun oldu və belə olacağı da aydın məsələ idi. “Maribor” güclü komandadı, şadam ki, qalib gəlməyi bacardıq.

- Maraqlıdı ki, “Maribor” hesabı açsa da, “Qəbələ” hücumameyilli oyununu davam etdirdi və qollarını vurdu...

- Bəli, rəqib hesabı açsa da, biz ruhdan düşmədik. Çünki onsuzda bizə qollar lazım idi və buna görə də irəli atıldıq. Qol buraxsaq belə, qollar vuracağımıza çox inanırdıq. Qələbə qazansaq da, unutmuruq ki, bu hələ birinci oyun idi. Bizi səfərdə daha bir dəfə “Maribor”la oyun gözləyir.

- Fasilədən sonra Roman Qriqorçuk sizə hansı tapşırıqları verdi ki, çıxıb oyunun axarını dəyişə bildiniz?

- Fasilədə Roman Qriqorçuk bizə tapşırıqlar verdi, bəli. Nəyi daha yaxşı edə biləcəyimizi, rəqibi hansı nöqtələrlə zərərsizləşdirə biləcəyimiz dedi. Biz də çıxdıq və çalışdırıcımızın dediklərini etdik. Fasilədən sonra əla oynadıq. 

- Dəyişiləcəyini görəndə təəccüblənmədinki?

- Mən Roman Qriqorçuka özüm dedim. Çünki yorulmuşdum.

- Zlatko Zahoviç demişdi ki, “Qəbələ”nin lideri Filip Ozobiçdi. “Maribor”la oyunda bunu sübut edə bildin?

- Düşünürəm ki, bütün komanda yaxşı oynadı. Bir oyunçu heç nə edə bilməz, bütün komanda yaxşı olanda qalib gəlirsən.

- Qruplara qalmaq üçün qalıb bircə səfərdən uğurlu nəticə ilə dönmək. Səfər matçı barədə nə düşünürsən?

- Təbii ki, səfər oyunu daha ağır olacaq. Evdə “Maribor” qol vurmaq istəyəcək. Ona görə də ciddi hazırlaşacağıq. Rəqib yaxşı komandadı.

- Rəqibin qollar vurmaq istəməsi, daim hücumda oynaması “Qəbələ” üçün üstünlük hesab oluna bilər?

- Biz bilirik ki, ilk dəqiqələrdən “Maribor” hücuma atılmaq istəyəcək, qollar üçün çalışacaq. Ancaq biz də öz gücümüzü səfər matçında da göstərəcəyik. Ehtiyatla oynayıb, biz də uğurlu nəticə üçün çalışacağıq.

- "Maribor”u artıq keçdiyini demək olar?

- Bu barədə  danışamq tezdi. Ancaq düşünürəm ki, “Maribor”u keçib, qruplara qala bilərik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right