"Qöteborq"un futbolçusu: "Qarabağ" səviyyəli futbolçulardan qurulub"

“Bir neçə il əvvəl Azərbaycanın hansısa komandasını məğlub etmək asan idi. Amma indi vəziyyət fərqlidi”.

Newsport.az-ın məlumatına görə, bunu “Höteborq”un kapitanı Mattias Byarsmir deyib.

İsveç klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Qarabağ”ı qəbul edəcək. 30 yaşlı müdafiəçi qarşılaşma öncəsi klubun rəsmi saytına fikirlərini bildirib.

“Qarabağ”ın ünvanın tərif yağdıran Byarsmir Azərbaycan təmsilçisi üzərində qələbə qazanmağın yollarını da söyləyib: “Qarabağ” dünyanın bir çox ölkəsindən seçilmiş yüksək səviyyəli futbolçulardan qurulub. İspaniyalı və braziliyalı oyunçuları var. Son olaraq da Cənubi afrikalı hücumçu (Dino Ndolovu) transfer etdilər. Biz bu gün əvvəlki mərhələlərdə üz-üzə gəldiyimiz “Piast” və HİK səfərindəki kimi mübarizə aparmalıyıq. Hətta HİK-lə ev oyununda çox şey öyrəndiyimi də deməliyəm”.

İsveç millisinin sabiq üzvünün fikrincə, cütlüyün taleyinə Bakıdakı cavab görüşündə aydınlıq gələcək: “Höteborq” 1997-98 mövsümündən bəri hələ də Avrokubokların qrup mərhələsində iştirak etməyib. Bu uğursuzluğa son qoymaq üçün bir maneəmiz qalıb. Bunun futbolçularımız, klubumuz və azarkeşlərimiz üçün nə demək olduğunu yaxşı bilirik. Bizi uğurdan cəmi 180 dəqiqəlik çətin mübarizə ayırır. Hər iki matçı yüksək səviyyədə keçirmək məcburiyyətindəyik”.

Mərkəz müdafiəçisi sonda azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını da vurğulayıb: “HİK-lə Helsinkidəki qarşılaşmada Şimali Uelsdən gəlib bizi dəstəkləyən azarkeşlər olmuşdu. Onlar sadəcə, möhtəşəm idilər. Ümid edirəm ki, “Qamla Ullevi”nin tribunalarında boş yer olmayacaq. Bu mərhələdə azarkeşlərimizin dəstəyi bizim üçün çox önəmlidi. Onlarla birlikdə “Qarabağ” önündə 90 dəqiqə tər tökəcəyik”.(Apasport)

Qeyd edək ki, bu gün “Qamla Ullevi” stadionunda keçiriləcək “Höteborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right