Dino Ndlovu “Höteborq”a qarşı oynamayacaq! – Qurban Qurbanov səbəbini açıqladı

Bu gün Avropa Liqassının pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, son Azərbaycan çempionu "Qarabağ” İsveçdə "Höteborq” komandasının qonağı olacaq.
 
Ağdam təmsilçisi sözügedən qarşılaşmaya ciddi itki ilə çıxacaq. "Köhlən Atlar” Kiprin "Anortosis” klubundan trasnfer edilən Dino Ndlovunun xidmətindən istifadə edə bilməyəcək. 
 
Kipr çempionatında 26 oyuna 18 qol vuran futbolçu bu gün baş tutacaq qarşılaşmada iştirak etməyəcək. "Atlılar”ın baş məşqçisi Qurban Qurbanov oyundan bir gün öncə keçirdiyi mətbuat konfransında hücumçunun oynamaycağının səbəblərini açıqlayıb.   
 
44 yaşlı mütəxəssis bildirib ki, Dino oynamaq üçün fiziki cəhətdən hazır deyil. O, Dinonun cavab matçında iştirak etmək şansının olduğunu vurğulayıb və bunun üçün futbolçunun çox çalışmasının lazım olduğunu açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right