“Qarabağ” İsveçdən məğlub dönür YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.
Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq.
 
Ağdam təmsilçisi bu mövsüm Avropa Liqasında ilk matçına çıxmış  olacaq. Azərbaycan çempionu son mövsümlərdə olduğu kimi, Çempionlar Liqasındakı mübarizəni Avroliqada davam etdirmək məcburiyyətində qalıb. 
 
Təmsilçimizin qrupa gedən yolda rəqibi İsveçin "Höteborq" komandasıdı. Qurban Qurbanovun komandası yenə pley-offda uğur qazanıb, ardıcıl üçüncü dəfə bu turnirin qrup mərhələsində oynamaq istəyir. Bunun üçün bu gün keçirilən səfər matçında sərfəli nəticə qazanmaq lazımdır.
 

18 avqust

Avropa Liqası, "pley-off" mərhələsi

İlk oyun

21:00. "Qöteborq" (İsveç) - "Qarabağ" (Azərbaycan) 1-0

Qol:Albaek,56 (1-0)
Hakimlər: Pavel Raçkovski, Radoslav Sijka, Mixal Obukoviç, Tomaş Kvyatkovski (hamısı Polşa)
Qotenburq, "Gamla Ullevi" stadionu

Qeyd edək ki, cavab görüşləri bir həftə sonra keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right