"Maribor"un futbolçusu: "Avroliqada asan oyun olmur"

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"nin qonağı olacaq Sloveniyanın "Maribor" klubunun futbolçusu Rodriqo Defendi bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görəRodriqo Defendi  oyunla bağlı bunları deyib:


- "Maribor” məğlub olmamaq üçün sabah bizi nə ilə təəccübləndirəcək?
- Məşq edirik, hazırlaşırıq. Bu oyun bizim üçün önəmlidi. Evə sərfəli nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik.

- İsti hava futbolçulara necə təsir edəcək?
- Təsir edəcəyinə inanmıram. Sloveniyada da bu cür hava şəraiti var.

- Komandanızın 2 futbolçusu avtomobil qəzasında həlak olub. Bu hadisənin şokundan ayılmısınız?
- Onlar bizim dostlarımız idi. İşimizə davam edib, oyuna köklənirik.

- "Aberdin”lə oyunda çox iş görmüşdün. Bu matçda da bunu bacaracaqsan?
- Avroliqada asan oyun olmur. Ən yaxşı oyunumuzu göstərməliyik. "Qəbələ” "Aberdin”dən fərqlidi.

- Bir müdafiəçi kimi "Qəbələ”nin hansı oyunçusundan çəkinirsiniz?
- Bu suala baş məşqçimiz cavab versə, yaxşı olardı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right