"Bu onu göstərir ki, onlar futbolu sevirlər" - Roman Qriqorçuk

Avropa Liqasının pley-off mərhələsində “Maribor”la qarşılaşacaq “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis komandanın “Lill” üzərində qələbədən sonra eyforiyaya qapılmadığını deyib:

- Əlbəttə, komanda eyforiyadan ayılıb. “Lill”ə qarşı oyunun üzərindən bir xeyli vaxt keçib. Həmin oyundan sonra iki oyun keçirmişik. Futbolçular daim irəli baxmalıdılar keçmiş oyunları unutmalıdılar.

- Rəqibi təhlil etmisiz? Sabahkı oyun üçün start heyətini müəyyənləşdirmisiz?
- Rəqib barədə yetərincə məlumat toplamışıq. Ancaq onlar da bizim barəmizdə öyrəniblər. Start heyətini müəyyənləşdirmişəm. Ancaq həmişə olduğu kimi, heyəti sabah açıqlayacam.

- Siz Azərbaycandakı ən məşhur ukraynalısız. Ukraynanın ölkəmizdəki səfiri “Lill”ə oyundan sonra sizə təbrik məktubu göndərmişdi. Ümumiyyətlə, ölkəmizdə həmyerlilərinizin dəstəyini hiss edirsiz? 
- Buna görə ona minnətdarlığımı bildirirəm. Bu onu göstərir ki, onlar futbolu sevirlər. Ümumiyyətlə burda çalışdığım zaman həmişə həmyerlilərim tərəfindən dəstəyini hiss etmişəm.

- “Maribor” əvvəlki rəqiblərdən nə ilə fərqlənir? 
- Gücünə görə bu komandanı əvvəlki rəqiblərimizlə müqayisə etməzdim. Bu, düzgün deyil. Çox sürətli futbol oynayırlar. Komandada məşqçi işi özünü göstərir.

Sabahkı oyunda kapitanın yoxluğu özünü göstərə bilər?
O ki qaldı ikinci suala, istənilən oyuçunun itkisi komanda üçün yaxşı hal deyil. Rəşad komandanın əsas üzvüdü. O, hər zaman özünü inkişaf etdirir. Ancaq komandada onu əvəz edəcək oyunçular var. Bu, bizim üçün böyük problem olmamalıdı.

- Bu cütdə hansı komandanı daha şanslı sayırsız?
- Kimin daha şanslı olduğu barədə danışmaq istəməzdim. Sabahkı oyunda bizim 1 faiz şansımız olsa belə, bunda istifadə edəcəyik.

- Bu gün çox qayğılı görünürsüz. Bunun səbəbi nədi?
- Sadəcə olaraq, oyuna köklənmişəm (gülür).

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right