“CBC Sport” “Qarabağ”ı suçladı BƏYANAT

"CBC Sport" telekanalı bəyanat yayıb.
Newsport.az-ın məlumatına görə, bəyanatda Avropa Liqasının pley-off mərhələsinin "Höteborq" - "Qarabağ" oyununun yayımının baş tutmayacağı qeyd olunub. 
Həmin bəyanatı olduğu kimi təqdim edirik:
"CBC Sport" telekanalı bəyan edir ki, UEFA Avropa Liqası pley-off mərhələsi çərçivəsində İsveçin "Höteborq" klubu ilə "Qarabağ" komandası arasında keçiriləcək matçların kanalımızda yayımı baş tutmayacaq. Bunun səbəbi "Qarabağ" Futbol Klubuna 10 gün əvvəl etdiyimiz təklifə bu günə qədər qarşı tərəfdən heç bir cavabın gəlməməsidi.
"Qarabağ" FK-nın bu qərarına hörmət duyaraq, bütün tamaşaçılarımızdan üzr istəyirik və komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayırıq!
"CBC Sport" telekanalı yarandığı gündən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən bütün komandaların və idmançıların çıxışlarını təmənnasız işıqlandırmağa hər zaman hazırdı və bu işini gələcəkdə də davam etdirəcək". 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right