“Qəbələ”dən azarkeşlər üçün şad xəbər

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 18-də Mərdəkandakı "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək üçün ayrılacaq avtobusların marşrutu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, avtobuslar saat 18:00-dan etibarən "Gənclik” metrostansiyası yaxınlığındakı ərazidən hərəkətə başlayacaq. Ən son avtobusun sözügedən məkandan saat 19:30-da çıxması planlaşdırılır.

Geri dönüş çıxış nöqtəsi "Dalğa Arena" olmaqla Koroğlu - Gənclik - 20 yanvar metrostansiyaları marşrutu üzrə həyata keçiriləcək. Avtobuslar komfortlu "Baku Bus" avtobuslarıdır.

Bundan əlavə, metronun gecə saat 01:00-dək fəaliyyət göstərməsi üçün Bakı Metropoliteninə rəsmi müraciət ünvanlanıb və razılıq əldə edilib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right