Emil Salomonsson: "Qarabağ" ilə oyunlar karyeramın ən vacib görüşləri olacaq"

İsveçin "Qöteborq" klubunun müdafiəçisi Emil Salomonsson Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan danışıb.

Newsport.az-ın məlumatına görə, o, açıqlamasında bunları söyləyib:

"Avroliqada "Qarabağ"a qarşı keçirəcəyimiz oyunlar şübhəsiz ki, karyeramda ən vacib oyunlardan biri olacaq. Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağımız fantastik nəticə olacaq".

"Artıq ardıcıl dördüncü ildir ki, qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparırıq. Əvvəlki mövsümlərin hər birindən nəticə çıxardığımızı deyə bilərəm. Finlandiya HJK-sı ilə ev oyunumuzu çıxmaq şərtilə bu mövsüm beynəlxalq arenada daha inamlı çıxış edirik".

Amma Salomonsson Ağdam klubunun ciddi rəqib olduğunu da vurğulayıb: "Ümid edirəm ki, hər kəs necə səviyyəli komandaya qarşı mübarizə aparacağımızın fərqindədir".

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right