“Qarabağ”ın səfər planı bəllidir

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində İsveçin "Göteborq" klubunun qonağı olacaq "Qarabağ"ın səfər planı bəlli olub. 

Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi sabah ölkəni tərk edəcək. "Qarabağ" günorta saatlarında İsveçə yollanacaq.

Qeyd edək ki, "Göteborq" - "Qarabağ" matçı avqustun 18-də keçiriləcək. Göteborqun "Qamla Ullevi” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right