"Qarabağ” “Goteborq”la oyunlar üçün daha bir futbolçu sifariş verdi

Ağdamın "Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçin "Goteborq” komandası ilə qarşılaşacaq. 
 

Newsport.az saytının məlumatına görə, "atlılar” sözügedən oyunlar üçün daha bir futbolçunun adını UEFA-dakı iştirak ərizəsinə daxil edib. Söhbət Kiprin "Anortosis” klubundan transfer olunan Dino Ndlovudan gedir. 
 
Ağdam təmsilçisi ilə iki illik müqavilə imzalayan futbolçunun adı bu gün iştirak ərizəsində daxil edilib. Dino "Qarabağ”da 6 nömrəli forma altında mübarizə aparacaq. 
 
Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 18-də İsveçdə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right