“Bizə Bakının istisi yox, “Qəbələ” problem yarada bilər” – Zahoviç

Sloveniyanın "Maribor" klubunun idman direktoru Zlatko Zahoviç Avropa Liqasının pley-off mərhələsində rəqibləri olan "Qəbələ"nin oyununu izləmək üçün Bakıya gəlib.

Newsport.az-ın məlumatına görə, o, bu gün keçirilən "Qəbələ" - "İnter" matçını stadiondan canlı izləyib.

Yaxın keçmişin məşhur futbolçusu azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. O, öncə bunları söyləyib:

"Avrokubok matçları ilə çempionat oyunları fərqli olur. "Qəbələ" yaxşı komandadır, onlara hörmətlə yanaşırıq. Bu komanda ilə oyunlara yaxşı hazırlaşmağa çalışacağıq".

"Qəbələ"nin heyətində yaxşı futbolçular çoxdur. Amma xüsusi olaraq yarımmüdafiəçi Filip Ozobiçi qeyd edərdim. Çox yaxşı oyunçudur".

Zahoviç bu iki komanda arasında hansını favorit gördüyünə dair sualı belə cavablandırıb: "Kimin favorit olduğunu demək çətindir. Çünki indi futbol tamamilə fərqlidir. Məsələn, "Qəbələ" ötən mövsüm Avroliqanın qrup mərhələsində oynayıb, indi də buna çox yaxındır.Taktiki cəhətdən çox yaxşı komanda təsiri bağışlayır".

Onun sözlərinə görə, "Qəbələ"nin Fransanın "Lill" klubu üzərindəki qələbəsini sürpriz saymaq olmaz: "İndi futbolda hansısa nəticəni sürpriz saymaq çətindir. Bütün komandalarda fiziki, taktiki hazırlıq yüksək səviyyədədir".

Zahoviç Bakının isti havasından da söz açıb: "Bu, "Maribor" üçün problem sayılmamalıdır. Bizə hava şəraiti yox, "Qəbələ" probem yarada bilər".

"Maribor" rəsmisi həmin oyunun keçiriləcəyi "Dalğa Arena" barədə də fikirlərini söyləyib: "Xoşagəlimli stadiondur. Bəyəndim. Fikrimcə, "Qəbələ" ilə oyunlarımız maraqlı olacaq. "Qəbələ"yə qarşı oynamaq bizə çətin olacaq, amma onlar üçün də bizə qarşı mübarizə aparmaq asan olmayacaq".

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right