"Göteborq"un məşqçisi: "Bizi olduqca çətin oyunlar gözləyir" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının II turunda "Qarabağ” səfərdə "Sumqayıt”ı 2-0 hesabıyla məğlub edib.Bu qarşılaşmanı izləyənlər arasında İsveçin "Göteborq" klubunun məşqçisi Alf Verterberq də var. O, Avropa Liqasının "pley-off" mərhələsində rəqibləri olan "Qarabağ"ın oyununu tribunadan izləyir.Matçın gedişi zamanı Verterberq jurnalistlərin  suallarını cavablandırıb:

- Avroliqanın pley-off mərhələsində rəqibiniz olan "Qarabağ”ın bu gün "Sumqayıt”a qarşı oyununu canlı olaraq stadiondan izlədiniz. Görüşlə bağlı nə deyə bilərsiz?

- "Qarabağ” rəqibdən daha yaxşı təsir bağışladı. Onlar rəqibə qarşı yaxşı presinq tətbiq edirlər. Düşünürəm ki, "Qarabağ” bu gün gözəl oyunla qələbə qazandı.
 
- "Qarabağ”ı "Göteborq” üçün güclü rəqib saymaq mümkündür?
- "Qarabağ” çox təcrübəlidir. Komanda mütəmadi olaraq avrokuboklarda mübarizə aparır. Son 2 ildə Avroliqanın qrupunda oynayıb. Komandanın cari mövsüm Çempionlar Liqasındakı çıxışını izləmişik. Bizi olduqca çətin oyunlar gözləyir. "Qarabağ”ın yaxşı futbolçuları var.
 
- Ən çox hansı futbolçunun oyununu bəyəndiniz?
- Braziliyalı Riçard Almeydanı qeyd edərdim. Çox güclü futbolçu olduğu dərhal hiss olunur. Eləcə də Dani Kintananı vurğulamaq olar.
 
- Bakının istisi komandanızın işini çətinləşdirə bilər?
- Hava həqiqətən də çox istidi. Bu, işimizi çətinləşdirəcək. Amma meydana çıxıb, mübarizə aparmaq lazımdı.

sportal.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right