"Qarabağ"ın cavab matçının da başlama saatı açıqlandı

Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində İsveçin "Höteborq" klubuna qarşı keçirəcəyi cavab matçının da başlama saatı müəyyənləşib.

Newsport.az-ın məlumatına  görə, ilk oyun səfərdə baş tutacaq.

İsveç klubunun rəsmi saytının yaydığı xəbərə görə, Höteborqun “Qamla Ullevi” stadionunda keçiriləcək ilk qarşılaşma avqustun 18-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA-nın rəsmi saytının məlumatına görə, bu komandalar arasında Bakıda oynanılacaq cavab görüşü isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right