“Qəbələ”nin rəqibi – Sloveniyanın ən tanınmış klubu!

Avropa Liqasının pley-off mərhələsində "Qəbələ”nin rəqibi olan "Maribor” klubu bu Sloveniyanın eyniadlı şəhərini təmsil edir.

Newsport.az  saytının məlumatına görəklubun əsası 1960-cı il 12 dekabrda qoyulub. 1991-ci ildən sonra Sloveniya əsas liqasından heç vaxt aşağı diviziona yuvarlanmamış 3 klubdan biridir.
 
"Maribor” 9 dəfə öz ölkəsinin çempionu olub. 6 dəfə isə ölkə kubokunu başı üzərinə qaldırıblar. Sloveniyanın ən tanınmış klubudur. Klubun ən uğurlu vaxtları 1990-2000-ci illəri əhatə edir. Bu müddətdə komanda 7 dəfə üst-üstə ölkə birinciliyinin qalibi olur. Həmçinin 3 dəfə kuboka sahib çıxır. 1991-ci ildən öncə isə Sloveniyanın da daxil olduğu Yuqaslaviya çempionatında çıxış edib. "Maribor” 1946-1991-ci illər arasında keçirilən Yuqaslaviya çempionatında oynamış 3 sloven klubundan biridir. Həmçinin bu komanda 1999-2000-ci illər mövsümündə baş məşqçi Boyan Paşnikarın rəhbərliyi altında UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamaqla ölkə tarixinə düşüb.

Komandanın ölkə daxilində ən güclü rəqibi paytaxt Lüblyananı təmsil edən "Olimpiya” klubudur. Onlar arasındakı matç "Ölümsüz derbi” adlanır.

Klub ev oyunlarını 12 994 nəfər tutuma malik olan "Lyudski Vrt” stadionunda keçirir. Klubun sloqanı isə belədir – "Bir klub, bir uğur”
Komandanın ləqəbi "bənövşəyilər”dir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right