Avropa Liqasında pley-off mərhələsinin bütün cütlükləri

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Newsport.az  saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 44 klub 22 cütlük təşkil edib.

Püşkatmada Azərbaycan klubları "Qarabağ”la "Qəbələ”nin də rəqibləri də bəlli olub. Çempionlar Liqasında mübarizəni dayandırıb, çıxışını bu turnirdə davam etdirən "Qarabağ” İsveçin "Höteborq” klubu ilə qarşılaşacaq. Avropa Liqasında 3 mərhələ adlayan "Qəbələ” isə Sloveniyanın "Maribor” klubu görüşəcək.   

 

Pley-off mərhələsinin avqustun 18-də baş tutacaq ilk oyunlarında "Qəbələ” və "Qarabağ” səfərdə oynayacaq. Cavab matçları avqustun 25-də baş tutacaq. 
 
Avropa Liqası, Pley-off mərhələsi
 
"Astana” (Qazaxıstan) - BATE (Belarus)
"Midtyulland” (Danimarka) - "Osmanlıspor” (Türkiyə)
"Lokomotiv” (Xorvatiya) - "Genk” (Belçika)
"Dinamo” (Tbilisi, Gürcüstan) - PAOK (Yunanıstan)
"Beytar” (İsrail) -  "Sent-Etyenn”(Fransa)
"Maribor” (Sloveniya) - "Qəbələ” (Azərbaycan)
"Astra” (Rumıniya) - "Vest Hem” (İngiltərə)
"Brondbü” (Danimarka) - "Panatinaikos” (Yunanıstan)
"Gent” (Belçika) - "Şkendiya” (Makedoniya)
"Sonderyuske” (Danimarka) - "Sparta” (Çexiya)
"Höteborq” (İsveç) - "Qarabağ” (Azərbaycan)
"Aruka” (Portuqaliya) - "Olimpiakos” (Yunanıstan)
"Trençin” (Slovakiya) - "Rapid” (Avstriya)
AEK (Kipr) - "Slovan” (Çexiya)
"Austriya” (Vyana, Avstriya) - "Rusenborq” (Norveç)
"Voyvodina” (Serbiya) - "Alkmaar” (Hollandiya)
"Slaviya” (Çexiya) - "Anderlext” (Belçika)
"Fənərbaxça” (Türkiyə) - "Qrassjoppers” (İsveçrə)
"Krasnodar” (Rusiya) -  "Partizani” (Albaniya)
"İstanbul Başakşehir” (Türkiyə) - "Şaxtyor” (Ukrayna)
"Sassuolo” (İtaliya) - "Srvena Zvezda” (Serbiya)
"Makkabi” (Təl-Əviv, İsrail) - "Hayduk” (Xorvatiya) 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right