“Qarabağ”ın rəqibi: UEFA kubokunun qalibi

"Qarabağ”ın Avroliqanın pley-off mərhələsində rəqibi olan "Höteborq” İsveçin eyni adlı şəhərini təmsil edir. Klub 1904-cü ildə yaradılıb.

Newsport.az  saytının məlumatına görə, komandanın rəngləri mavi və ağdır. "Höteborq” ev oyunlarını 18 min 416 nəfərlik "Gamla Ullevi” stadionunda keçirir.

"Höteborq” 18 dəfə İsveç çempionu, 13 dəfə isə "Allsvensken” liqasının qalibi olub. "Qarabağ"ın rəqibi 1981-82 və 1986-87-ci illər mövsümündə UEFA kubokunun qalibi adını qazanıb. Ötən mövsümü ikinci pillədə başa vurub. Bu mövsüm isə 16 turdan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Avropa Liqasına ilk mərhələdə "Höteborq" Uels təmsilçisi "Llandudno"nu iki oyunun nəticəsinə görə 7:1 hesabı ilə üstələyib, ikinci mərhələdə Polşanın "Piast" klubunu iki oyunun nəticəsinə görə 3:0 hesabıyla məğlub edib. III mərhələdə öz meydanında Finlandiyanın "Helsinki" klubuna 2:1 hesabıyla məğlub olan "Höteberq” səfərdə 2:0 hesablı qələbə qazanaraq pley-off-a vəsiqəni təmin edib.


Komandanın hazırkı heyətində 12 isveçli, 3 norveçli, 3 danimarkalı, 1 islandiyalı, 2 qanalı və 1 boliviyalı futbolçu çıxış edir. Komandaya isə isveçli Yorgen Lennartsson rəhbərlik edir 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right