“Qəbələ”nin ilk oyununun yeri dəyişdiriləcək

Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" və Sloveniyanın "Maribor" komandaları arasında baş tutacaq ilk oyunun yeri dəyişdiriləcək. 
 

Newsport.az-ın məlumatına görə, püşkatmada ilk matçın səfərdə  keçirilməsi nəzərdə tutulsa da, daha sonra qərarda dəyişiklik edilib və oyun Bakıya salınıb. Buna səbəb isə ölkəmizin turnirdəki digər təmsilçisi "Qarabağ"ın da həmin gün səfərdə oynamasıdır.  

"Qəbələ" və "Qarabağ" ev oyunlarını Bakıda keçirir. UEFA-nın qayda-qanununa əsasən eyni şəhərdə bir gündə iki oyun keçirilə bilməz.

Qeyd edək ki, pley-off mərhələsi çərçivəsində baş tutacaq ilk görüşlər avqustun 18-də, cavab oyunları isə bir həftə sonra olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right