“Nəsə deməyə ehtiyac duymuram” - Sergey Zenyov

Avropa Liasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” doğma meydanında Fransanın tanınmış komandalarından biri olan "Lill” üzərində 1-0 hesablı qələbə qazanıb və iki oyunun nəticəsinə görə pley-off mərhələsinə vəsiqəni təmin edib.
 
Ötən  gecə baş tutan qarşılaşmadan sonra "Qəbələ”nin hücumçusu Sergey Zenyov jurnalistlərin suallarını cavablandırıb: 
 
- Çətin olanı bacardınız və "Lill” üzərində qələbə qazandınız. Oyunun bu qədər çətin keçəcəyini gözləyirdiniz?
- Qələbə qazanmaq üçün alışıb-yanırdıq. Bunun üçün də meydanda çox istəkli idik. Qələbə qazanmaq üçün bütün futbolçular var gücləri ilə çalışırdılar. Rəqibimiz daha sürətli futbol sərgiləməyə və sürətli əks hücumlar qurmağa üstünlük verirdi. Ancaq biz onlara meydança ərazisində istədiklərini etməyə imkan vermədik. Əziyyətimizin bəhrəsini gördük və qələbə qazanmağa nail olduq. 
 
- Oyuna ciddi hazırlaşmışdınız?
- Belə düşünmürəm. Çünki oyundan öncə hansısa futbolçunu motivasiya etməyə gərək yox idi. Bütün futbolçular rəqibi yaxşı tanıyırdı və necə komandaya qarşı mübarizə aparacağımızı bilirdi. Bu, bizim üçün yaxşı fürsət idi. Belə rəqiblərlə tez-tez qarşılaşmaq imkanımız olmur. 
 
- "Lill”  səddini keçməyi hər kəs sürpriz kimi qəbul edir. Bu fikirlə razısınızmı?
- "Lill”in səviyyəsi hər kəsə məlumdu. Nəsə deməyə ehtiyac duymuram. Deyərdim ki, biz var gücmüzlə mübarizə apardıq və layiqli qələbəmizi qazandıq. 
 
- Artıq "Lill” kimi rəqibi Avropa Liqasından kənarlaşdırmısınız. Bu nəticədən sonra komandanızın hədəfinin böyüdüyünü düşünmək olarmı?
- Əlbəttə, növbəti mərhələdə daha güclü rəqiblə qarşılaşacağıq. İşimiz çətindi. Biz istəyirik ki, ötənilki nəticəni təkrarlayaq və qrup mərhələsində mübarizə aparaq. Əgər bunları istəyiriksə, var gücümüzü ortaya qoymalıyıq. 
 
- Oyundan sonra futbolçularla görüşən klubun prezidenti Tale Heydərov nə dedi?
- Qələbə münasibəti ilə komandanı təbrik etdi. Çox gözəl nəticə qazandığımızı bildirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right