Əliyar Ağayevdən Avroliqa matçında 4 sarı vərəqə, 1 penalti

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Krasnodar" (Rusiya) - "Birkirkara" (Malta) oyununu idarə edib.

Newsport.az-ın məlumatına görə, Kubanda baş tutan görüş 3:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.

İlk oyunda da səfərdə 3:0 hesabıyla qalib gəlmiş Rusiya təmsilçisi Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanıb. Ağayev cavab görüşündə meydan sahiblərinin bir, qonaqların üç futbolçusuna sarı vərəqə göstərib. Azərbaycanlı referi 90+1-ci dəqiqədə maltalıların qapısına penalti də təyin edib. Lakin "Krasnodar"ın futbolçusu bu şansdan yararlana bilməyib.

Qeyd edək ki, Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov, eləcə də dördüncü hakim Rauf Cabbarov kömək edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right