"Zərbəni vuran kimi gördüm ki..." - “Qəbələ”nin qəhrəmanı

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Lill"i 1:0 hesabıyla məğlub edən "Qəbələ" turnirin pley-off mərhələsinə vəsiqə qazandı.

Newsport.az-ın məlumatına görə, oyundan sonra matçda komandasının yeganə qoluna imza atan Filip Ozobiç qarşılaşmayla bağlı fikirlərini bildirib:

"Düşünürəm ki, çox yaxşı oynadıq. Bu, əsas hədəfimiz deyil. Pley-offu da keçib qrup mərhələsində çıxış etməliyik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Hesab edirəm ki, bu qələbədən sonra qruplara qalmaq şansımız bir az da artdı.

Püşk atılanda biz cütün favoriti deyildik. Ancaq göstərdik ki, istənilən rəqibə qarşı yaxşı oynamaq, yaxşı nəticə əldə etmək olar".

Xorvat futbolçu qol vurduğu anı belə şərh edib:

"Zərbəni vuran kimi gördüm ki, top qapıya tərəf gedir. Başladım qolu qeyd etməyə.

Qol vuracağımı gözləyirdim. Baxdım, fikirləşdim, zərbə vurdum və əla alındı".

Oyunun sonlarında zədələnərək meydanı tərk edən Ozobiç, zədəsinin ciddi olmadığını deyib:

"Zədəm, o qədər də ciddi deyil. Ayağıma zərbə aldım, ağrılarım var idi, əvəzlənməyi istədim. Gələn oyunda oynaya biləcəyimi düşünürəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right