"Komandamız qələbəni Cavid Hüseynova həsr etmək üçün oynadı"

"Qəbələ"nin prezidenti Tale Heydərov "Lill"lə oyundan sonra jurnalistlərə müsahibə verib. 
 
- Öncə oyunla bağlı fikirlərinizi bölüşərdiniz...
- Gördüyünüz kimi, hər şey yaxşı oldu. Mərhələni keçmək çətin alındı. Çox həyəcan keçirdim. Səfərdəki 1:1 hesablı nəticə yaxşı idi. Rəqibin məqsədi ancaq qələbə idi. Heyətlərində yaxşı futbolçular var. Lakin onların istəyi alınmadı.
 
- Sabah artıq pley-off mərhələsinin püşkü atılacaq...
- Pley-offdakı komandalar güclü olur. Amma biz qələbələrin davamını gözləyirik.Bu arada jurnalistlərə də minnətdarlığımı bildirirəm. Stadionun tam dolması üçün hər şey etdilər. Qələbədə azarkeşlərimizin də böyük rolu oldu. 
 
- "Qəbələ" ötən il də avrokuboklarda yaxşı oynadı. Amma eyni uğuru çempionatda göstərə bilmədi...
- Mən komandamdan yalnız yaxşı nəticələr gözləyirəm. Komandamın gücünüə də inanıram. Baxmayaraq ki, "Qarabağ"a geridə qoymaq çətin olacaq.
 
- Amma Premyer Liqada legionerlərə limit var
- Bu, bizim ən böyük problemimizdir. Yerli futbolçularımız yetəri qədər deyil. Akademiyamız vasitəsi ilə bu problemi həll etməyə çalışırıq. gücümüzün çox hissəsini yerli futbolçuların yetişdirilməsinə qoymuşuq.
 
- Cavid Hüseynov amili komandaya motivasiya verdi?
- İlk oyundan sonra demişdim ki, mərhələni keçsək, bu qələbəni Cavidə həsr edəcəyik. Komandamız qələbəni Cavid Hüseynova həsr etmək üçün oynadı




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right