"Cavid Hüseynova hədiyyə etdiyimiz üçün çox sevincliyəm" - Roman Qriqorçuk

Avropa Liasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” doğma azarkeşləri önündə Fransanın "Lill” komandasını qəbul edib. 
 

Newsport.az-ın məlumatına görə, qarşılaşma "Qəbələ”nin 1-0 hesablı qələbəsiylə başa çatıb. Hər iki oyunun nəticəsinə görə, təmsilçimiz Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib. 
 

Oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib: 
 
- Sizi bu qədər sevincli görməmişdik. Bunun səbəbi nə idi?
- Bu oyun həqiqətən də xüsusi idi. Cavid Hüseynovu həddindən çox sevirik. Cavidə hədiyyə etdiyimiz üçün çox sevincliyəm.Qələbəmizi ona həsr edirik. İkinci məqam stadionda çox yaxşı atmosfer olduğunu gördüm. Sanki bütün azarkeşlərin gözünü görürdüm. Bu, tarixi hadisədi. 15-20 ildən sonra da bu qələbəni unutmayacağıq.  Sevincimi gizlətməkdə əsas görmürdüm.  Bu, Azərbaycan futbolunun imicinə çox müsbət təsir göstərir. 
 
- Fransa futbolu tarixində Azərbaycan yığması özünəməxsus rekordçudu. Fransan tarixinin ən böyükhesablı qələbəsini məhz millimiz üzərində qazanıb. Bu gün qisas baş tutdu…
- Açığı, bu məsələdən xəbərsiz idi. Ancaq bunu bilsəydim də, oyunumuza təsir edə bilməzdi. Çünki bütün diqqətimizi matça yönəltmişdik. Qisas baş tutubsa, lap möhtəşəm! 
 
- Bu qələbə sizi səhərə qədər yatmağa imkan verəcəkmi?
- Elə bir rejimə öyrəşmişəm ki, saat 4-dən tez yatmıram. Ümumiyyətlə, bu durumumdan razıyam. Amma təsdiqləyirəm ki, yatmaq çox çətin olacaq. 
 - Cəmi bir əvəzetmə istədiniz. O da məcburiyyətdən…
- Biz yaxşı futbol oynayırdıq. Oyundan razı qaldığım üçün dəyişikliyə əl atmadım. İş mexanizmimiz məni qane edirdi. Ozobiç zədə almasaydı, bəlkə də dəyişiklik etməyəcəkdim. Bu gün həddindən artıq yaxşı oyun sərgilədik. 
- Bu qələbəni həyatınızın ən vacib qələbəsi hesab edə bilərik?
- Hər qələbənin öz yeri var. Şübhəsiz ki, bu qələbəni heç vaxt unutmayacam. "Çernomorets"lə qazandığım qələbənin öz yeri var, bunun öz yeri.
- Hakimlərə bir neçə dəfə etiraz etdiz...
- Hakimlər oyunu çox yaxşı idarə etdilər. Düzü bir epizodda əsəblərimə hakim ola bilmədim, ancaq düşünürəm ki, bundan öncəki oyundakı polşalı hakimlər briqadası oyunu daha aşağı səviyyədə idarə etmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right