“Lill”in baş məşqçisi: "Qəbələ" qələbəyə layiqdi"

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” doğma meydanında Fransanın "Lill” komandasını qəbul edib. 
 

Newsport.az-ın məlumatına görə, qarşılaşma "Qəbələ”nin 1-0 hesablı qələbəsiylə başa çatıb. İki oyunun nəticəsinə görə, "Qəbələ” mərhələ adlayan tərəf olub. 
 

Oyundan sonra keçirilən mətbuat konfransında "Lill”in baş məşqçisi Frederik Antenotti fikirlərini bildirib: 
 
- "Qəbələ”yəməğlub oldunuz. Nə hisslər keçirirsiniz?
- Deyərdim ki, çətin matç oldu. Hər iki komanda yüksək səviyyəli oyun keçirdi. Futbolda məğlubiyyət qaçılmazdır. Təəssüflənirəm.
 
- Məğlub olacağınızı gözləyirdiniz?
- İlk oyunda da çətin olmuşdu. "Qəbələ” qələbəyə layiqdi. Onların qələbə qazanmağa layiq futbolçuları var. 
 
- "Qəbələ”nin oyununu necə dəyərləndirə bilərsiniz?
- Sadəcə, bravo, əla!
 
- Maraqlıdı, püşkün nəticəsindən sonra "Qəbələ” haqqında nə düşünürdünüz? İndi nə düşünürsünüz?
- Biz oyundan əvvəl "Qəbələ”nin keçdiyi yolları izləmişdik. "Qəbələ” güclü komandadı və bu gün qazandığı qələbəyə layiqdi. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right