“Qəbələ”dən alqışalayiq addım FOTO

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Lill”i qəbul edən "Qəbələ” maraqlı addım atıb.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar” matçöncəsi yaşlı nəslin nümayəndələrinə jest edib.
 
Belə ki, bölgə klubunun təşəbbüsü ilə Bakıdakı qocalar evlərindən birinin sakinləri stadiona dəvət edilib. "Qəbələ”nin yaşlı azarkeşləri oyundan bir neçə dəqiqə öncə klubun forması və bayraqlarıyla tribunalarda öz yerlərini tutublar.
 
Qeyd edək ki, "Qəbələ” - "Lill” matçı saat 21:00-da start götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right