“Lill”in baş məşqçisi Qriqorçuku qabaqlayacaq

"Qəbələ" Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də "Lill"i (Fransa) qəbul edəcək.

Newsport.az saytının məlumatına görə, komandaların baş məşqçilərinin oyunöncəsi mətbuat konfransının vaxtı məlum olub.

Mətbuat konfransları oyundan bir gün əvvəl - avqustun 3-də saat 19:30-da arenanın media zalında start götürəcək. İlk olaraq, jurnalistlərin önünə "Lill"in baş məşqçisi Frederik Antonetti çıxacaq.

20:30-da isə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də 8-ci km stadionunda baş tutacaq. "Lill" saat 20:00-da, "Qəbələ" isə 21:00-da hazırlıqlarını tamamlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right